...

"Barselona" ilə "Kadis" oyunu zamanı azarkeşin halı pisləşib

İdman Materials 10 Sentyabr 2022 23:48 (UTC +04:00)
"Barselona" ilə "Kadis" oyunu zamanı azarkeşin halı pisləşib

Bakı. Trend:

Kadis şəhərinin "Nuevo Mirandilya" stadionunda eyniadlı yerli klubu İspaniya çempionatının 5-ci turu çərçivəsində "Barselona" komandasını qəbul edib.

Trend-in məlumatına görə, Kataloniya komandası 4:0 hesabı ilə qalib gəlib. Hesabı 55-ci dəqiqədə "Barsa"nın yarımmüdafiəçisi Frenki De Yonq açıb. 65-ci dəqiqədə hücumçu Robert Levandovski qonaqların üstünlüyünü ikiyə çatdırıb.

Qeyd edək ki, matçın sonunda görüşü izləyən azarkeşlərdən birinin halı pisləşib. Bildirilib ki, defibrilatordan istifadə etmək məcburiyyəti yaranıb. Qarşılaşma yarım saat dayandırılıb, bundan sonra komandalar görüşü davam etdirib. Bundan sonra hücumçu Ansu Fati "Barselona"nın 3-cü qolunu atıb. Oyuna əlavə olunmuş vaxtda "Barselona"nın hücumçusu Usman Dembele fərqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti