Bakı. Trend:
“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş istefa verib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin "Milliyət" nəşri məlmat yayıb.
UEFA Konfrans Liqasının qrup mərhələsində İstanbulda “Luqano”ya (İsveçrə) məğlubiyyətdən (2:3) sonra klubun təcili toplantısı keçirilib. Toplantıya qatılan baş məşqçi istefa qərarını açıqlayıb.
Qeyd edək ki, Şenol Günəş 2022-ci ilin oktyabrında “Beşiktaş”ı çalışdırırdı. O, 2015-2019-cu illərdə də "Beşiktaş"ın baş məşqçisi olub.