...

Azərbaycan cüdoçusu Açıq Avropa çempionatının bürünc medalını qazanıb

İdman Materials 16 Dekabr 2023 21:38 (UTC +04:00)
Azərbaycan cüdoçusu Açıq Avropa çempionatının bürünc medalını qazanıb

Bakı. Trend:

Kosovanın Priştina şəhərində keçirilən cüdo üzrə Açıq Avropa çempionatında kişilər arasında -73 kq. çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Hidayət Heydərov bürünc medal əldə edib.

Bu barədə Trend-ə Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Hidayət Heydərov üçüncü yer uğrunda mübarizədə gürcüstanlı rəqibi Laşa Şavdatuaşvili üzərində qələbə qazanaraq bürünc medala sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti