...

Şumaxerin qardaşı məşhur avtopilotun səhhətinin əvvəlki kimi olmayacağını açıqlayıb

İdman Materials 28 Dekabr 2023 03:42 (UTC +04:00)
Şumaxerin qardaşı məşhur avtopilotun səhhətinin əvvəlki kimi olmayacağını açıqlayıb

Bakı. Trend:

Formula 1 maşınları təsnifatında avtomobil yarışları üzrə dünya çempionatı pilotu Mixael Şumaxerin sağlamlıq vəziyyətini aldığı zədələrdən sonra bir qədər yaxşılaşdırmaq mümkün olub, lakin onun səhhəti əvvəlki kimi olmayacaq.

Trend-in məlumatına görə, bu barədə onun qardaşı Ralf “Bild” qəzetinə müsahibəsində bildirib.

“Ovaxtkı Mixael üçün darıxıram”, - deyən idmançının qardaşı onun sağlamlıq vəziyyəti barədə bunları əlavə edib: “Onun şansı həyatda tez-tez gətirirdi, amma sonra bu faciəli hadisə baş verdi. Xoşbəxtlikdən, müasir tibbin imkanları sayəsində Mixaelin vəziyyətini yaxşılaşdırmaq üçün hər şey edilsə də, lakin o artıq əvvəlki kimi olmayacaq”.

2013-cü ildə, peşəkar karyerasını başa vurduqdan sonra, Şumaxer Fransanın Alp dağları hissəsində xizək sürən zaman ağır travmalı beyin zədəsi alıb. Uzun müddət yataq xəstəsi olan idmançı ağciyərlərinin süni ventilyasiyası aparatına qoşulub. Keçmiş avtopilotun ailəsi onun indiki sağlamlıq vəziyyəti barədə təfərrüatları məxfi saxlayaraq, açıqlama verməməyə çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti