...

"Beşiktaş"ın yeni baş məşqçisi bəlli oldu

İdman Materials 7 Yanvar 2024 20:17 (UTC +04:00)
"Beşiktaş"ın yeni baş məşqçisi bəlli oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Beşiktaş"ın yeni baş məşqçisi bəlli olub.

Trend klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Fernandu Santuş çalışdıracaq. Razılaşmanın detalları açıqlanmayıb.

Joao Karlos Kosta, Paulo Mendes, Justino Fernando, Rikardo Miguel Santos, Jorge Rosario isə Santuşun koməkçiləri təyin edilib.

Qeyd edək ki, 69 yaşlı portuqaliyalı mütəxəssisin son iş yeri Polşa millisi olub. O, "Portu", PAOK, AEK, "Panatinaikos", "Sportinq", "Benfika" klublarını, həmçinin Yunanıstan və Portuqaliya millisini də çalışdırıb. Portuqaliya millisi Santuşun rəhbərliyi alıtnda Avro-2016-nın qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti