...

İspaniya La Liqası: “Barselona” və “Real Madrid” qələbə qazanıb

İdman Materials 22 Yanvar 2024 02:46 (UTC +04:00)
İspaniya La Liqası: “Barselona” və “Real Madrid” qələbə qazanıb

Bakı. Trend:

Futbol üzrə İspaniya La Liqasında XXI turun oyunları davam edir.

Trend-in məlumatına görə, turun maraqlı görüşlərindən biri “Betis” və “Barselona” arasında olub. Gərgin keçən oyun Kataloniya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 21-ci dəqiqədə Ferran Torres açıb. O, 42-ci dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Lakin meydan sahiblərinin heyətində İsko 56-cı və 60-cı dəqiqələrdə qol vuraraq tablodakı rəqəmləri bərabərləşdirib. Joao Feliks 90-cı dəqiqədə komandasını yenidən önə çıxardıb. Qarşılaşmada son nöqtəni 92-ci dəqiqədə het-trikini rəsmiləşdirən Ferran Torres qoyub.

“Barselona”nın əzəli rəqibi "Real Madrid" də turu qələbə ilə bitirib. Paytaxt klubu doğma meydanda "Almeriya"ya 3:2 hesabı ilə qalib gəlib.

Görüşdə hesabı qonaqların heyətində 1-ci dəqiqədə Largi Ramazani açıb. Edqar Gonsales 43-cü dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Ruhdan düşməyən meydan sahibləri 57-ci dəqiqədə Cud Bellinqamın qolu ilə fərqi azaldıb. Vinisius Junior 67-ci dəqiqədə hesabı bərabərləşdirib. 90+7-ci dəqiqədə isə Dani Karvaxal qələbə qoluna imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti