...

Azərbaycan cüdoçuları Qran-prinin ilk günündə 3 medal qazanıblar

İdman Materials 27 Yanvar 2024 02:30 (UTC +04:00)
Azərbaycan cüdoçuları Qran-prinin ilk günündə 3 medal qazanıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyanın Odivelaş şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib.

Trend xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 9 cüdoçusu mübarizə aparıb.

Onlardan 3-ü mükafatçılar sırasına düşüb. Turan Bayramov (60 kq) yarımfinalda məğlub olsa da, turniri bürünc medalla tamamlamağı bacarıb.

66 kq çəkidə isə Azərbaycanın iki üzvü fəxri kürsüyə qalxıb. Yaşar Nəcəfov finalda Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Yaqo Abuladzeyə uduzaraq, gümüş medala yiyələnib. Kamran Süleymanov isə bürünc mükafatçı olub.

Qeyd edək ki, yarış yanvarın 28-də başa çatacaq. Azərbaycan yığması Qran-priyə 16 cüdoçu ilə yollanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti