Bakı. Trend:
İspaniya La Liqasında XXII turun oyunları davam edir.
Trend-in məlumatına görə, günün son qarşılaşmasında "Barselona" "Vilyareal"ı qəbul edib.
Görüş qonaqların 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 41-ci dəqiqədə qonaqların heyətində Cerard Moreno açıb. İlias Akomaç 54-cü dəqiqədə fərqi iki topa çıxardıb. Ruhdan düşməyən Xavi Ernandesin komandası 60-cı dəqiqədə İlkay Gündoğanla rəqibi cəzalandırıb. Pedri 68-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. Erik Bayi 71-ci dəqiqədə avtoqol müəllifi olub. Qonsalo Quedeş 84-cü dəqiqədə Kataloniya təmsilçisini üçüncü dəfə cəzalandırıb. 90+9-cu dəqiqədə Aleksandr Sörlot komandasını yenidən hesabda önə keçirib. 90+12-ci dəqiqədə isə Xose Luis Morales fərqlənərək matçdakı yekun nəticəni müəyyənləşdirib.