Bakı. Trend:
Avropa Olimpiya Komitəsinin (EOK) Baş Assambleyası növbəti illər üçün multiidman tədbirlərinin paytaxtlarını təsdiqləyib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, 2027-ci il Avropa Oyunlarının keçirilməsi təsdiqlənməklə yanaşı, Avropa Gənclər Olimpiya Festivallarının (EYOF) yerinə də məsələsinə də aydınlıq gətirilib.
Bu yarışlar 2027-ci ildə Braşov (Rumıniya) və Linyano Sabbiadoro
(İtaliya) şəhərlərində keçiriləcək.
Bakurianidə (Gürcüstan) və Skopyedə (Şimali Makedoniya) keçiriləcək
EYOF-2025 haqqında da təqdimatlar olub.
Frankfurt qurumun 2025-ci il Baş Assambleyasının keçiriləcəyi yer kimi təsdiqlənib.