Bakı. Trend:
Paris-2024 Yay Paralimpiya Oyunlarında bu gün parataekvondo yarışlarına start verilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk gündə 1 paralimpiyaçı dayanqa çıxıb.
Parataekvondo
58 kq, K44
İlk mərhələdən azad olan Sabir Zeynalov 1/4 finalda Mitsuya Tanaka
(Yaponiya) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş
parataekvondoçumuzun qələbəsi ilə bitib. 6:5 hasabı ilə qalib gələn
Zeynalov mərhələ adlayıb.
Qeyd edək ki, parataekvondo millimiz Paralimpiadaya 3 nəfərlə yollanıb.