Bakı. Trend:
Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha bir parataekvondoçusu mübarizəyə qoşulub.
Parataekvondo
70 kq, K44
İmaməddin Xəlilov Paralimpiadaya 1/4 finaldan başlayıb. Miçel
Ernesto Uolkerlə (Kuba) üz-üzə gələn təmsilçimiz 12:2 hesabı ilə
qələbə qazanıb. Xəlilov yarımfinalda özbəkistanlı Cavoxir
Alikulovla qarşılaşıb. İmaməddin rəqibi 7:2 hesabı ilə məğlub edib.
O, finalda türkiyəli Fatih Çeliklə qarşılaşıb. Xəlilov 15:2 hesabı
ilə qalib gələrək, Paralimpiya çempionu olub.
Qeyd edək ki, Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.