Bakı. Trend:
Fransanın paytaxtında keçirilən Paris-2024 Paralimpiya Oyunları davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, paraüzgüçü Raman Saley (S12 kateqoriyası) də növbəti dəfə medal uğrunda mübarizəyə qoşulub.
O, 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə yarışda təsnifat mərhələsində 1-ci olub. Saley məsafəni 58.16 saniyəlik göstərici ilə tamamlayıb. Final mərhələsi Bakı vaxtı ilə saat 21:27-də start götürəcək.
Qeyd edək ki, Roman Saley Parisdə 1 gümüş və 1 bürünc medal qazanıb.