...

Daha bir boksçumuz dünya çempionatının finalında

İdman Materials 1 Noyabr 2024 01:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan daha bir boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Əli Abdullayev (63,5 kq) bu hüququ əldə edib.

Boksçumuz yarımfinalda Camel Cemmala (Fransa) 4:1 hesabı ilə qalib gəlib.

Zidan Hümbətov (51 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) isə mübarizəni yarımfinalda dayandırıb. Bu nəticə onlara dünya çempionatının bürünc medalını qazandırıb. Zidan Castin Morenaya (Kolumbiya) 1:4, Məhəmmədəli isə Platon Kozlova (Rusiya) 0:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yığmamızın heyətində Bilalhəbaşi Nəzərov (48 kq) finala yüksələn ilk boksçu olub.

Xəbər lenti

Xəbər lenti