Bakı. Trend:
Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mülki hüquq və ailə münasibətlərində iştirakı ilə bağlı yeni qaydalar müəyyən edilir.
Trend xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsən və ya öz nümayəndələrinin vasitəsilə mülki hüquq münasibətlərində iştirak edir, ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq nikah bağlayır, nikahı pozur, habelə digər ailə münasibətlərində iştirak edirlər.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər notarius xidmətlərindən istifadə etmək hüququna malikdirlər.