...

ABŞ COP29-da iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb

Dünya xəbərləri Materials 1 Noyabr 2024 02:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ, Bakıda keçiriləcək COP29-da iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.

Trend-in ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, 11-22 noyabr tarixlərində ABŞ-ın 20-dən çox departament, agentlik və təşkilatından yüksək səviyyəli rəsmilər iqlim böhranı ilə mübarizədə ABŞ-ın liderlik rolunu vurğulamaq və müzakirələrdən güclü nəticələr əldə etmək məqsədilə Bakıya səfər edəcək.

ABŞ nümayəndə heyətinə, ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta başçılıq edəcək. Heyətə həmçinin kənd təsərrüfatı katibi Tomas Vilsak, enerji katibi Cenifer Qranholm, prezidentin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallori, enerji katibinin müavini David Turk, daxili işlər üzrə katibin fəaliyyətdə olan müavini Laura Daniel Deyvis, Ətraf Mühitin Müdafiəsi Agentliyinin administratorunun müavini Ceyn Nişida, ticarət katibinin okeanlar və atmosfer üzrə müavini və Milli Okean və Atmosfer Administrasiyasının rəhbəri Rik Spinrad, dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Yenkins daxildir.

Bundan əlavə, iqlim dəyişikliyinin silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, gender, qlobal sağlamlıq, ticarət və investisiya, gənclərlə bağlı təsirlərini əhatə edən geniş bir nümayəndə heyəti də Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti