...

Dünya çempionatı: Son gündə 3 bürünc şansı

İdman Materials 31 Oktyabr 2024 10:54 (UTC +04:00)

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, son gün sərbəst güləşçilər medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycan millisinin də 3 güləşçisi təsəlliverici görüşlərdə xalça üzərinə çıxacaq.

Dünya çempionatı
Sərbəst güləş
61 kq

Nurəddin Novruzov təsəlliverici görüşdə Peter Hammerlə (Kosta-Rika) qarşılaşacaq.

79 kq
Orxan Abasov təsəlliverici görüşdə Suldxu Olonbayarla (Monqolustan) gücünü yoxlayacaq.

92 kq
Abubakr Abakarov təsəlliverici görüşdə Devid Teylordan (ABŞ) güclü olmağa çalışacaq.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) qızıl medal qazanıb.

Xəbər lenti

Xəbər lenti