Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir sıra xüsusi müsadirə edilmiş əmlaklar hərraca çıxarılacaq.
Trend-in Dövlət Xidmətinə istinadən məlumatına görə, sözügedən əmlakların hərracı dekabrın 5-də baş tutacaq.
Hərraca çıxarılacaq əmlakların start qiyməti 120-1 213 657.5 manat aralığında dəyişir.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul edilir.
5 dekabr 2024-cü il tarixində saat 11:00-da hərraca çıxarılacaq xüsusi müsadirə edilmiş əmlakların siyahısını təqdim edirik: