...

Almaniyada xəstəxanada baş verən yanğın nəticəsində bir nəfər ölüb

Dünya xəbərləri Materials 1 Noyabr 2024 02:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Hessen əyalətinin Frankenberq şəhərindəki xəstəxanada baş verən yanğın nəticəsində bir nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Trend-in “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, yanğın yerli vaxtla saat 18:40 radələrində xəstəxananın palatalarından birində başlayıb və yanğın siqnalı işə düşüb. Yanğında həyatını itirən şəxsin həmin palatada müalicə olunan xəstə olduğu ehtimal edilir. Yanğın tamamilə söndürülüb, lakin tüstüdən zəhərlənən və ya əlavə tibbi yardıma ehtiyacı olan 13 xəstə digər xəstəxanalara köçürülüb.

Hadisə yerinə çox sayda yanğınsöndürən, təcili tibbi yardım maşınları və tibbi heyət cəlb edilib. Yanğın nəticəsində xəstəxananın bəzi bölmələri istifadəsiz hala gəlib və 150-yə yaxın xəstə yaxınlıqdakı klinikalara təxliyə olunub.

Yanğının dəqiq səbəbi hələ məlum deyil. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Xəbər lenti

Xəbər lenti