Bakı. Trend:
Azərbaycanda 2024-cü ilin 9 ayı ərzində 12014 texnogen mənşəli hadisə baş verib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Hadisələr nəticəsində nəticəsində 62 nəfər həlak olub, 240 nəfər xəsarət alıb.
Bu, 2023-cü ilin 9 ayı ilə müqayisədə həlak olanlar üzrə 20 nəfər və ya 48%, xəsarət alanlar üzrə 66 nəfər və ya 38% çoxdur.