Bakı. Trend:
Seneqalın Baş naziri Usman Sonkonun avtomobil karvanı etirazçılar tərəfindən hücuma məruz qalıb.
Trend-in məlumatına görə, bu barədə "SenePlus" xəbər portalı xəbər yayıb.
Məlumata əsasən, etirazçılar avtomobilləri daşlayıblar. Hökumət başçısının xəsarət almadığı bildirilib.
Hadisənin, Seneqalın mərkəzində yerləşən Kunqeul şəhərində U.Sonkonun lideri olduğu "Seneqal Vətənpərvərləri Əmək, Etika və Qardaşlıq naminə" (PASTEF) partiyasının nümayəndəsi kimi 17 noyabrda keçiriləcək parlament seçkisi ilə bağlı tədbirə qatıldığı vaxt baş verdiyi qeyd olunub. Kortej müxalifət tərəfdarlarının toplaşdığı ərazidən keçərkən maşınlara daş atılıb. Polis dərhal müdaxilə edərək hücum edənləri dağıdıb.
PASTEF partiyası, liderlərinə və Baş nazirə qarşı sui-qəsd cəhdi ilə bağlı məhkəməyə müraciət etdiyini açıqlayıb.