Bakı. Trend:
ABŞ-nin sabiq prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp demokrat rəqibi və vitse-prezident Kamala Harrisi üç faiz üstələyir.
Trend xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti və “J.L. Partners” kompaniyasının final sorğusu keçirib.
Sorğunun nəticələrinə görə, potensial seçicilərin 49 faizi respublikaçı namizədə, 46 faizi isə Demokratlar Partiyasının namizədinə səs verməyə hazırdır. Respondentlərin ümumilikdə bir faizi müstəqil namizədlərə səs vermək fikrində olduğunu bildirib.
Sorğu oktyabrın 26-29-da 1000 seçici arasında keçirilib.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-nə təyin olunub.