Bakı. Trend:
ABŞ 2024-cü maliyyə ilində hərbi kəşfiyyat proqramlarına 29,8 milyard dollar xərcləyib.
Trend-in məlumatına görə, Pentaqonun verdiyi açıqlamada bildirilib ki, hərbi kəşfiyyat proqramının icrası üçün ayrılan büdcə 29,8 milyard dollar təşkil edib. Müdafiə Nazirliyi qeyd edib ki, bu proqramın təfərrüatları və maliyyələşdirilməsi ilə bağlı əlavə məlumatlar milli təhlükəsizlik səbəbindən məxfi saxlanılır.
Son illərdə ABŞ-ın hərbi kəşfiyyata ayırdığı büdcə artırılıb: 2023-cü ildə bu məbləğ 27,9 milyard dollar, 2022-ci ildə 24,1 milyard dollar, 2021-ci ildə isə 23,3 milyard dollar təşkil edib.