...

Prezident İlham Əliyev İspaniya Hökumətinin Sədrinə başsağlığı verib

Siyasət Materials 31 Oktyabr 2024 19:07 (UTC +04:00)
Prezident İlham Əliyev İspaniya Hökumətinin Sədrinə başsağlığı verib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Hökumətinin Sədri Pedro Sançezə başsağlığı verib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti