Bakı. Trend:
"Bavariya"nın futbolçusu Tomas Müllerin ABŞ-a yollanmaq ehtimalı var.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi Lionel Messinin komanda yoldaşı ola bilər.
"İnter Mayami" orta xəttə oyunçu axtarışındadır. Münhen klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Müller okeanın o tayına yollanmağın əleyhində deyil.
Qeyd edək ki, 35 yaşlı 2024/2025 mövsümündə 12 oyunda 3 qol və 3 ötürmə ilə yadda qalıb.