...

Çexiyada daşqın qurbanları 7,5 min avroya qədər maliyyə yardımı alacaqlar

Dünya xəbərləri Materials 1 Noyabr 2024 06:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabr ayında baş verən daşqınlardan ən çox zərər çəkmiş ailələr 72,9 min kron (təxminən 2,7 min avro) ilə 194,4 min kron (təxminən 7,5 min avro) arasında maliyyə yardımı alacaqlar.

Trend xəbər verir ki, bu barədə Novinky xəbər portalı məlumat yayıb.

Təbii fəlakətdən ən çox zərər çəkmiş ailələrə maddi yardımın ödənilməsi Çexiya parlamentinin Senatı (yuxarı palata) tərəfindən təsdiqlənib. Mövcud qanunvericiliyə müvafiq düzəlişlər senatorlar tərəfindən sürətləndirilmiş qaydada edilib. Yaxın günlərdə portalın məlumatına görə, ölkə prezidenti Peter Pavel sənədi imzalamalıdır və gələn həftə bu qanun qüvvəyə minəcək.

Sentyabrın ikinci yarısında Çexiyada baş verən daşqınların qurbanı 6 nəfər olub. 20 minə yaxın vətəndaş daşqın təhlükəsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Çexiya mətbuatı yazır ki, təbii fəlakətdən dəyən ümumi zərər milyardlarla dollar təşkil edəcək və onun dəqiq ölçüsü yaxın həftələrdə müəyyən ediləcək.

Daşqınlara qarşı mübarizəyə planlaşdırılmamış vəsaitlərin ayrılması zərurəti ilə əlaqədar dövlət büdcəsinin xərcləri kəskin artıb. 2024-cü il üçün dövlət büdcəsinin kəsiri 30 milyard kron (təxminən 1,17 milyard avro) artırılaraq 282 milyard krona (təxminən 12 milyard avro) çatdırılıb.

Xəbər lenti

Xəbər lenti