...

Rəcəb Tayyib Ərdoğan və Viktor Orban Qırğızıstana səfər edəcəklər

Dünya xəbərləri Materials 1 Noyabr 2024 08:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın Baş naziri Viktor Orban və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 5-də Qırğızıstana səfər edəcəklər.

Trend xəbər verir ki, bu barədə Bişkekdə jurnalistlərə açıqlamasında Qırğızıstan Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev məlumat verib.

Azımbakiyev bildirib ki, Viktor Orban səfər çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarov ilə danışıqlar aparacaq və Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edəcək. Danışıqlarda Qırğızıstan-Macarıstan strateji tərəfdaşlığının geniş spektri müzakirə olunacaq və ikitərəfli əməkdaşlığın inkişafına dair bir sıra sənədlərin imzalanması planlaşdırılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da həmin gün Qırğızıstana dövlət səfəri edəcək. Səfər zamanı Ərdoğan, Qırğızıstan Prezidenti Sadır Japarovla danışıqlar aparacaq və Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edəcək. Bişkekdə dövlət başçıları arasında məhdud tərkibdə görüş, eləcə də Qırğızıstan-Türkiyə Strateji Əməkdaşlıq üzrə Ali Şuranın 6-cı iclası keçiriləcək. Tərəflər iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq sahələrini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti