Bakı. Trend:
COP29-la əlaqədar daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə xüsusi hərəkət zolaqları təşkil edilib.
Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.
Bildirilir ki, həmin zolaqlardan oktyabrın 31-i günün sonunadək
minik avtomobilləri də istifadə edə bilər.
"1 noyabr tarixindən isə 26 küçə və prospektdə – Neftçilər, Heydər
Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq
prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri,
Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev,
Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə
Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu
Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan
Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq
qadağandır.
Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən
yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur", -
məlumatda qeyd olunub.