Bakı. Trend:
Avropa İttifaqında 2023-cü ildə atmosferə atılan istixana qazlarının həcmi 8,3 faiz azalıb.
Trend xəbər verir ki, bu statistikanı Avropa Komissiyası açıqlayıb. Qeyd olunur ki, bu göstərici son on ildə qeydə alınan ən yüksək azalmadır. Ancaq 2020-ci ildə pandemiya dövründə azalma daha yüksək olub — 9,8 faiz.
İstixana qazlarının böyük həcmdə yayıldığı ölkələrdən olan ABŞ-da bu göstərici yalnız 1,4 faiz azalıb. Hindistanda isə əksinə, 6,1 faiz artım qeydə alınıb.
Avropa Ətraf Mühit Agentliyi qeyd edir ki, 1990-cı illə müqayisədə İttifaqda istixana qazlarının həcmi ümumilikdə 37 faiz azalıb. Buna baxmayaraq, 2030 və 2050-ci illərə olan hədəflərə çatmaq üçün hələ çox iş görülməsi lazımdır.