...

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir

Siyasət Materials 1 Noyabr 2024 10:01 (UTC +04:00)
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvlər təyin edilir.

Trend xəbər verir ki, bu, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” məsələdə əksini tapıb.

Belə ki, Toğrul Əliyev, Gülər Paşayeva, Əli Əhmədov və Vüsal Xəlilovun Mərkəzi Bankın İdarə Heyətinə üzv təyin edilməsi təklif edilir.

Eyni zamanda, Rəşad Orucovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsindən azad olunması təklif edilir.

Xəbər lenti

Xəbər lenti