...

AMB uçot dərəcəsi ilə bağlı mətbuat konfransı keçirib (FOTO) (ƏLAVƏ EDİLİB)

Maliyyə Materials 1 Noyabr 2024 11:12 (UTC +04:00)
AMB uçot dərəcəsi ilə bağlı mətbuat konfransı keçirib (FOTO) (ƏLAVƏ EDİLİB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsi dəhlizinin parametrlərinin açıqlanması üzrə mətbuat konfransı keçirib.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadə bildirib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) vahid taksonomiya prinsipini təqdim etməyi planlaşdırır.

Ş.Mahmudzadə bildirib ki, son mərhələdə taksonomiya ilə bağlı ictimai məsləhətləşmələr aparılıb.

“Məsləhətləşmələrdə yerli və beynəlxalq təşkilatlar, dövlət və özəl qurumlar da daxil olmaqla, təxminən 200 maraqlı tərəf iştirak edib. İki təşkilat öz əhəmiyyəti ilə seçilir. Bizim yerli taksonomiyamız artıq iqtisadi kontekstdədir və onu 3 istiqamətdə təqdim etməyi planlaşdırırıq”, — baş direktor deyib.

Beynəlxalq taksonomiyalara uyğunlaşma və koordinasiya məsələsinə gəldikdə isə, Ş.Mahmudzadə qeyd edib ki, bu sahədə iki beynəlxalq təşkilatla birlikdə iş aparılıb.

“Bunlardan biri davamlı maliyyələşdirmə və bankçılıq şəbəkəsidir, digəri isə davamlı maliyyələşdirmə üzrə beynəlxalq platformadır. Bu iki təşkilat 110-dan çox ölkəni əhatə edir və bildirmək istərdim ki, artıq bütün ölkələrlə razılaşmalara nail olmuşuq, razılaşdırma prosesi isə davam edir. Birlikdə təqdim edəcəyimiz vahid taksonomiya prinsipini COP29-da təqdim etməyi planlaşdırırıq”, — o əlavə edib.

AMB-nin sədri Taleh Kazımov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə iqtisadi artımın 3,9 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

“Gələn il üçün artımın 3,3 faiz səviyyəsində olacağını gözləyirik. Neft sektorunda isə bu il 6,5 faiz, gələn il isə 5,1 faiz artım gözlənilir”, — o vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı ilin sonuna qədər valyuta bazarında satışyönlü müdaxilələrini davam etdirəcək.

“Oktyabr ayında dövlət ehtiyaclarını qarşılamaq məqsədilə 424 milyon dollar məbləğində valyuta satışı həyata keçirdik. Gələcək 2 ay ərzində də satışları davam etdirməyimizi gözləyirik”, - o bildirib.

Şahin Mahmudzadə qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə inklüzivliyi ilə bağlı dövlət proqramı hazırlayır.

“Azərbaycan Mərkəzi Bankı maliyyə inklüzivliyi ilə bağlı dövlət proqramı üzərində işləyir. Sənəd razılaşdırma mərhələsindədir. İnküzivlik proqramı çərçivəsində maliyyə xidmətlərinin müxtəlif aspektlərdən əlçatanlığını artırmağa yönəlmiş tədqiqatlar aparılacaq. Bu kontekstdə bir sıra dövlət qurumlarının öhdəliklərini müəyyən edən layihələr həyata keçiriləcək”, — o bildirib.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı əsasən sukuk istiqrazlarının buraxılışı üzərində fokuslanıb və müvafiq qanunvericiliyin hazırlanmasına başlayıb, bunun üçün Dünya Bankı ilə əməkdaşlıq edir.

Onun sözlərinə görə, yerli banklardan biri İslam bankçılığı ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edib.

“Biz, əsasən, sukuk istiqrazlarının buraxılışı üzərində çalışırıq və Dünya Bankı ilə birgə bu istiqamətdə müvafiq qanunvericiliyin hazırlanmasına başlamışıq. Bu məsələdə irəliləyişə nail olmaq banklar olmadan çətin olacaq, çünki onlar öz müştərilərini daha yaxşı tanıyır.

Hazırda fəaliyyətin test buraxılışı üçün bir bankla danışıqlar aparılır. İlk növbədə sukuklar buraxılması, daha sonra isə İslam bankçılığının tətbiqi planlaşdırılır. Düzü, bu layihənin həyata keçirilməsi üçün 3-5 il tələb olunacaq. Bizim əsas məqsədimiz maliyyə inklüzivliyini artırmaq və maliyyə xidmətlərinin əlçatanlığını təmin etməkdir”, — o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti