Bakı. Trend:
Tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 9 ayında 5.2 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Qeyd edilib ki, yenilənmiş proqnozlara görə cari əməliyyatlar balansında profisitin 2024-cü ilin sonuna 5.3 mlrd. ABŞ dolları, 2025-ci ilə isə 5.5 mlrd. ABŞ dolları olacağı gözlənilir.
Qeyd edək ki, Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, daxili və xarici şəraitin təhlili nəzərə alınmaqla qəbul olunub.