Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq ilin əvvəlindən sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bankın emissiya etdiyi notların həcmi cari ilin ötən dövründə 3 dəfədən çox azalıb. Oktyabr ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) müvafiq olaraq 7.48% olmaqla faiz dəhlizinin daxilində formalaşıb.
Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. 1 gün ərzində baş tutan əməliyyatların orta həcmi oktyabrda 673 mln. manat olub.