...

Niderlandın inkişafının böyük hissəsi əsarət altındakı ölkələrin milli sərvətlərinin talanması nəticəsində baş verib - ABŞ mətbuatı

Cəmiyyət Materials 1 Noyabr 2024 10:47 (UTC +04:00)
Niderlandın inkişafının böyük hissəsi əsarət altındakı ölkələrin milli sərvətlərinin talanması nəticəsində baş verib - ABŞ mətbuatı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın müstəmləkə keçmişi Asiya, Afrika və Amerikada çoxsaylı xalqların əsarət altına alınması və istismarı, eləcə də onlara qarşı törədilmiş çoxsaylı cinayətlər ilə yadda qalıb. Niderland qəddar taktikalarla öz imperiyasını genişləndirməklə paralel olaraq insan haqları məsələsinin spekulyasiyası ilə də maraqlarını təmin etməyə üstünlük verib. Niderlandın inkişafı böyük hissəsi əsarət altındakı ölkələrin milli sərvətlərinin talanması nəticəsində baş verib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-nin Nyu York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “Azərbaycan Niderlandın son qətnamələrinə cavab verir” sərlövhəli məqaləsində yazıb. Müəllif qeyd olunan səbəbdən dünyanın müxtəlif xalqlarını asılı vəziyyətdə saxlamağa davam edən Niderlandın öz müstəmləkəçilik tarixinin ağır nəticələrini aradan qaldırmaq üçün səy göstərməsi barədə bəyanatını riyakarlıq kimi qiymətləndirib. Bu yaxınlarda Niderland parlamenti tərəfindən qəbul olunmuş, Ermənistana və könüllü olaraq Qarabağdan köçmüş ermənilərə dəstək xarakterli iki qətnaməni qərəzli və ədalətsiz hesab edib.

Məqalədə Niderland parlamentinin bu təşəbbüsündən sonra xarici işlər naziri Kaspar Veldkampın çıxışında həmin qətnamələri dəstəkləməsi, üstəlik Xankəndidəki keçmiş separatçı rejimlə əlaqəli şəxsləri və terrorçuları “hərbi əsir” adlandırması, onların azad olunmasına çağırış etməsi “zanbaqlar ölkəsi”nin ikili standartlar siyasətinin aşkar isbatı kimi səciyyələndirilib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://foreignpolicyblogs.com/2024/10/24/azerbaijan-responds-to-recent-dutch-resolutions/

Xəbər lenti

Xəbər lenti