Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Azercell Telekom” MMC-yə məxsus bir sıra mobil telefon nömrəsi hərraca çıxarılacaq.
Trend-in Dövlət Xidmətinə istinadən məlumatına görə, hərrac dekabrın 5-də keçiriləcək.
Nömrələrin ilkin satış qiyməti 1080 manatdan başlayaraq 75 000 manatadək müəyyənləşib.
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
"Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsinin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.
5 dekabr 2024-cü il tarixində saat 10:00-da hərraca çıxarılacaq otuz mobil nömrənin yer aldığı siyahını təqdim edirik: