Bakı. Trend:
Goranboyda dəm qazından ölənlər var.
Trend-in məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakinləri, 1958-ci il təvəllüdlü Əkbərov Kamal Qurbanlı oğlu və həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əkbərova Ayidə Əli qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki şəxs hadisə yerində dünyasını dəyişib.