Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı ilin sonuna qədər valyuta bazarında satışyönlü müdaxilələrini davam etdirəcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin müzakirəsinə həsr olunmuş mətbuat konfransında bildirib.
“Oktyabr ayında dövlət ehtiyaclarını qarşılamaq məqsədilə 424 milyon dollar məbləğində valyuta satışı həyata keçirdik. Gələcək 2 ay ərzində də satışları davam etdirməyimizi gözləyirik”, - o bildirib.
Qeyd edək ki, cari ildə valyuta bazarında sabitlik qorunub saxlanılıb, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən təşkil edilən valyuta hərraclarına tələbat tam təmin olunub. Ümumilikdə, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Beləliklə, AMB-nin valyuta ehtiyatları 10 ay ərzində 241 milyon ABŞ dolları azalıb.