Bakı. Trend:
Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin qüvvələrinin operativ müdaxiləsi sayəsində onyeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
"Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib",- əlavə edilib.
XXX
16:36
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz işlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.