Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Bakı bulvarında gəmi gəzintisi bərpa edilib.
Gəminin təhlükəsiz və rahat hərəkəti məqsədilə "Mirvari" gəmisi təmir işləri görüləndən sonra artıq istifadəyə hazır vəziyyətə gətirilib. Noyabrın 1-dən etibarən gəmi artıq fəaliyyətə başlayıb.
İnsanların marağı, uzun müddət gözləməsi nəzərə alınaraq, Dənizkənarı Bulvar İdarəsi tərəfindən gəzintinin əvvəlki qiymətlərinin saxlanılması qərarı verilib. Qiymətlər gəmidə yerinə görə 5-10 manat arasında dəyişir. Altı yaşına qədər uşaqlar üçün gəmidə gəzinti tam ödənişsizdir.
Su nəqliyyatında təhlükəsizliyi Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin Mühafizə Xidməti təmin edir.
Gəzintinin müddəti 35-40 dəqiqə çəkir. Gəminin sərnişin tutumu 446 nəfərdir.
Trend "Mirvari" gəmisindən görüntüləri təqdim edir: