Bakı. Trend:
Rumıniyada NATO-nun “Dacian Fall 2024” (DAFA24) təlimləri keçirilir.
Trend xarici KİV-lərə xəbər verir ki, təlimlərdə Belçika, Lüksemburq, Polşa, Portuqaliya, Rumıniya, Şimali Makedoniya, ABŞ və Fransadan təxminən 1500 min hərbçi iştirak edir.
Məlumata görə, təlimlərin məqsədi müttəfiq strukturlar arasında qarşılıqlı fəaliyyəti gücləndirmək, birgə hərbi əməliyyatlar keçirmək və Rumıniyada yerləşdirilmiş NATO qüvvələrinin inteqrasiyasını təmin etməkdir.
Rumıniyanın Müdafiə Qərargahının rəisi general Georgita Vlad qeyd edib ki, “DAFA24” 2025-ci ildə keçiriləcək “Dacian Spring” təlimlərinin əvvəlki mərhələsidir.