Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikası (KXDR) qitələrarası “Hvason-19” ballistik raketini buraxıb.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Bildirilir ki, raket maksimum 7,687.5 kilometr hündürlüyə qalxaraq 1000 kilometrdən çox məsafə qət edib.
Yaponiyanın Müdafiə Nazirliyi raketin Hokkaydo adasından 200 kilometr məsafədə suya düşdüyünü açıqlayıb. Raketin uçuş müddəti 86 dəqiqə olub. Şimali Koreyanın indiyə qədər buraxdığı ən uzun uçuş məsafəsinə malik ballistik raket 7 min kilometr hündürlüyə qalxaraq 1000 kilometr məsafə qət edib.
KXDR, həmçinin 5,5 min kilometr uçuş məsafəsinə malik qitələrarası “Hvason-13” və 12,87 min kilometr məsafə qət edən “Hvason-14” raketlərinə də sahibdir.