...

Volkswagen, iş yerlərini qorumaq üçün işçilərin maaşlarını 10% azaltmağı təklif etdi

Dünya xəbərləri Materials 1 Noyabr 2024 07:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Volkswagen (VW) işçilərin maaşlarını 10% azaltmağı təklif edərək, IG Metall həmkarlar ittifaqı ilə kollektiv danışıqlar aparır.

Trend-in məlumatına görə, bu barədə osnmedia xəbər yayıb.

Şirkətin açıqlamasında avtomobil sənayesində yaşanan iqtisadi böhran səbəbindən VW-nin əmək haqqının 7% artırılması ilə bağlı həmkarlar ittifaqının tələbini yerinə yetirə bilməyəcəyi bildirilib.

Volkswagen hesab edir ki, maaşların 10% azaldılması, şirkətin rəqabət qabiliyyətini qoruyub saxlamaq və iş yerlərini təmin etmək üçün zəruri olan gələcək investisiyaların maliyyələşdirilməsinə imkan verəcək.

VW-nin baş müzakirəçisi Arne Maisvinkel Avropanın, xüsusən Almaniyanın avtomobil sənayesindəki çətin vəziyyətə görə narahatlığını ifadə edib və məşğulluğun qorunması üçün uğurlu fəaliyyətin vacibliyini vurğulayıb. Konsern, həmçinin, Almaniyada üç fabrikini bağlamağı və on minlərlə işçini ixtisar etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti