...

İsrail ordusunun Livanın şərqində Baalbekə endirdiyi hava zərbəsi nəticəsində 7 nəfər ölüb

Turizm Materials 1 Noyabr 2024 00:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusunun Livanın şərqindəki Baalbek şəhəri yaxınlığında şiə Hizbullah təşkilatının şübhəli hədəflərinə endirdiyi hava zərbələri nəticəsində 7 nəfər həlak olub.

Trend-in Naharnet xəbər portalına istinadən verdiyi məlumata görə, Douris bölgəsinə edilən hava hücumları nəticəsində həmçinin 14 nəfər yaralanıb.

Şahidlərin bildirdiyinə görə, İsrail ordusunun sözçüsü X-də (keçmiş Twitter) yerli əhaliyə qarşıdan gələn hava reydləri ilə bağlı ərəbcə xəbərdarlıq etdikdən sonra Baalbek və ətraf bölgələrin əksər sakinləri evlərini tərk ediblər.

On minlərlə qaçqın şəhərin şimalında yerləşən Deyr əl-Əhmar bölgəsindəki xristian kəndlərinə sığınıb.

Həmçinin, Livanın cənubunda İsrail ordusu tərəfindən cümə axşamı günü Tir liman şəhəri yaxınlığındakı Fələstinin Rəşidiyyə düşərgəsinin sakinlərinə də oxşar xəbərdarlıq göndərilib. Bu səbəbdən qaçqın axını Livan-İsrail sərhədindən 50 km aralıda yerləşən Avali çayı üzərindən Səidə tərəf yönəlib.

Xəbər lenti

Xəbər lenti