...

Məmmədyarov irəliləyib, Rəcəbov geriləyib - FİDE reytinqi

İdman Materials 31 Oktyabr 2024 17:40 (UTC +04:00)
Məmmədyarov irəliləyib, Rəcəbov geriləyib - FİDE reytinqi

Bakı. Trend:

FİDE şahmatçıların noyabr ayı üçün dünya reytinqini dərc edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.

Üç pillə irəliləyən qrossmeysterimiz 2738 xalla 15-ci pillədə qərarlaşıb. İki addım geriləyən Teymur Rəcəbov (2698) 33-cü pillədə yer alıb. 8 pillə irəliləyən Rauf Məmmədov (2651) 82-ci yerdə qərarlaşıb.

Cədvələ 2831 xalla norveçli Maqnus Karlsen başçılıq edib.

Qadınların cədvəlində təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. O, beş pillə geriləyib və 2417 xalla 39-cu yerdədir. Bir pillə irəliləyən Gövhər Beydullayeva (2403) 44-cü, iki addım yüksələn Ülviyyə Fətəliyeva (2381) isə 67-ci pillələrdə qərarlaşıb. Xanım Balacayeva (2362) 4 pillə irəliləyərək 79-cü olub.

Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.

Xəbər lenti

Xəbər lenti