...

“Azərkosmos” 13,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib

Telekommunikasiya Materials 31 Oktyabr 2024 17:46 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 50 ölkəsinə 13,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dərc etdiyi ixrac icmalında qeyd edilib.

Məlumata görə, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 74%-ni təşkil edib. 2024-cü ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 4.4 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,9 milyon ABŞ dolları ilə Lüksemburq, 736.6 min ABŞ dolları ilə BƏƏ, 493,9 min ABŞ dolları ilə Türkiyə, 488.1 min ABŞ dolları ilə Rusiya qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti