Bakı. Trend:
Azərbaycanda Ticarət İnformasiya Portalının yaradılması ilə bağlı işlərə başlanılır.
Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətində hazırlıqlar start götürüb.
Məlumata görə, görüləcək işlərə çoxdilli interfeysin yaradılması (Azərbaycan, rus və ingilis dilləri); ana səhifə və əsas bölmələrin işlənib hazırlanması; naviqasiya sisteminin reallaşdırılması; ixrac edən ölkə, hədəf ölkə və məhsula görə axtarış sisteminin yaradılması, bazarlar, rəqiblər və məhsullar üzrə müqayisə alətlərinin işlənib hazırlanması; filtrasiya imkanı ilə statistikanın əks etdirilməsi üçün interfeysin işlənib hazırlanması; statistik məlumatların ixracı funksionallığının reallaşdırılması; ən az 50 000 məhsul haqqında məlumatın saxlanması üçün verilənlər bazasının yaradılması və sair kimi məsələlər daxildir.
MMC sözügdən işlərin icrasının 972.910,00 AZN-ə (972 min 910 manat) başa gələcəyini proqnozlaşdırıb.