Bakı. Trend:
Ermənistan İran, Suriya və Türkmənistana yeni səfirlər təyin edib.
Trend xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin saytı yayıb.
Məlumatda qeyd olunub ki, Ermənistanın Suriyadakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Gevorkyan tutduğu vəzifədən geri çağırılıb.
Həmçinin, Ermənistanın Suriyadakı diplomatik missiyasına Ermənistanın Türkmənistandakı səfiri kimi missiyasını başa vurmuş Ruben Xarazyan rəhbərlik edəcək.
Bundan başqa, Ermənistanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arsen Avakyan Türkmənistana səfir təyin edilib. İrandakı səfirin yerinə isə Qriqor Akopyan gətirilib.