Bakı. Trend:
Türkiyənin İzmir şəhərində narkotik cinayətlərinə qarşı mübarizə çərçivəsində həyata keçirilən 156 əməliyyatda saxlanılan 218 şübhəli həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata əsasən, Şəhər Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları İzmirin narkotik cinayətləri baxımından təhlükəsiz şəhər kimi tanınmasını təmin etmək məqsədilə oktyabrın 1-dən 31-dək küçə satıcılarına qarşı 156 əməliyyat keçirib.
Qeyd edilib ki, əməliyyatlarda 24 kiloqram 357 qram marixuana, 5 kiloqram 977 qram kokain, 35 kiloqram 457 qram sintetik narkotik, 1,39 litr ketamin və 158 min 885 sintetik dərman müsadirə olunub və ümumilikdə 332 şübhəli saxlanılıb.
Polis əməliyyat tədbirlərindən sonra məhkəməyə göndərilən şübhəlilərdən 218-i məhkəmə qərarı ilə həbs edilib.