...

Bu ilin sonuna illik inflyasiya 5,1% olacaq - AMB

İqtisadiyyat Materials 1 Noyabr 2024 10:30 (UTC +04:00)
Bu ilin sonuna illik inflyasiya 5,1% olacaq - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın yenilənmiş oktyabr proqnozlarına görə illik inflyasiyanın 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% olacağı gözlənilir.

Bu barədə Trend quruma istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Mövcud siyasətlə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır.

Belə ki, yenilənmiş oktyabr proqnozlarına görə illik inflyasiyanın 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% olacağı gözlənilir.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq. Mərkəzi Bank davamlı olaraq gedən iqtisadi prosesləri və maliyyə bazarlarını izləyir və qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti