Bakı. Trend:
Pakistan Prezidenti Asif Əli Zərdari oktyabrın 30-da axşam saatlarında Dubay Beynəlxalq Hava Limanında təyyarədən enərkən yıxılıb.
Trend-in məlumatına əsasən, bu barədə “Dawn” qəzeti prezident administrasiyasının mətbuat xidmətinə istinadən xəbər yayıb.
Prezident yıxıldıqdan sonra təcili xəstəxanaya çatdırılıb. Tibbi müayinə nəticəsində ayağının sındığı müəyyən edilib və gips qoyulub.
Qeyd olunub ki, Zərdariyə tam istirahət məsləhət görülüb və o, dörd həftə ərzində gipsdə qalacaq.