Bakı. Trend:
ABŞ Koreya yarımadasında qüvvələrinin sayını artıracaq.
Trend-in məlumatına görə, bu açıqlamanı Pentaqon rəhbəri Lloyd Ostin Cənubi Koreya ilə 2+2 formatında keçirilən görüşdən sonra verdiyi mətbuat konfransında səsləndirib. Ostin bildirib ki, ABŞ və Cənubi Koreya nüvə məsləhətləşmələri vasitəsilə nüvə və strateji planlaşdırma sahəsində əməkdaşlığı dərinləşdirəcək.
“Biz Koreya yarımadasında ABŞ-ın strateji qüvvələrinin müntəzəm iştirakını artıracağıq," - deyə Ostin qeyd edib.